Modern.az

Azərbaycanlı İŞİD-çilər barədə səfirlikdən açıqlama

 Azərbaycanlı İŞİD-çilər barədə səfirlikdən açıqlama

Təhsil

10 Noyabr 2015, 21:35

 

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda həbs olunduğu deyilən 14 Azərbaycan vətəndaşı ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinə sorğu göndərilib. Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən BBC Azərbaycana məlumat veriblər.

Səfirlikdən deyiblər ki, Azərbaycan Daxili İşlər Naziriliyinin Türkiyədəki nümayəndəsi bəhsi keçən şəxslərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün müvafiq strukturlara müraciət edib. “Hazırda səfirlik bu müraciətin cavablandırılmasını gözləyir,” səfirliyin nümayəndəsi bildirib. İD qruplaşmaşına qoşulmaq üçün Azərbaycan, İndoneziya, İraq, Qırğızıstan, Tacikistan, İran və Əfqanıstandan gələn 38 nəfər təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda yaxalanıblar. Yaxalananlardan 15 nəfəri uşaq, 10-u qadındir, Türkiyə mətbuatı yazıb. Məlumatlara əsasən, saxlanılan şəxslər arasında 14 nəfəri Azərbaycan vətəndaşıdır. Əməliyyat zamanı yaxalanmış şəxslər tibbi nəzarətdən keçirildikdən sonra öz ölkələrinə deportasiya ediliblər, məlumatda deyilir. Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İD-ə keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi