Modern.az

Azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

 Azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Təhsil

11 Noyabr 2015, 00:24

 

Qaxda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Modern.az saytı xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, noyabrın 10-da axşam saat 19 radələrində rayonun Tasmalı kənd sakini, 2009-cu il təvəllüdlü Onur Sahil oğlu Məmmədli koma vəziyyətdə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 6 yaşlı Onur Məmmədli yaşadığı evin pilləkənindən yıxılaraq ağır kəllə-beyin travması alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Onur Məmmədliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi