Avropanın müxtəlif ölkələrində eyni vaxtda keçirilən əməliyyatlar zamanı 17 terrorçu saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həbs olunanların böyük əksəriyyəti İtaliya polisi tərəfindəın saxlanılıb. Terrorçuların milliyəti ilə bağlı məlumat verilməsə də, yaxın saatlarda faktla bağlı geniş mətbuat konfransının keçiriləcəyi bildirilir.Şərti adı “JWEB” olan əməliyyat İtaliya ilə yanaşı, Fransa, Almaniya və Xorvatiyanı da əhatə edib.
Vüqar İsmyılov