İnsan alverçilərinin qurbanına çevrilən meksikalı Karla Yasinto 43,2 min dəfə zorlandığını bəyan edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qız cinayətkarların əlinə yeniyetmə yaşında keçib.
Onun sözlərinə görə, kasıb ailədə doğulub və uşaq yaşlarından yaxınlarının zorakılığı ilə üzləşib. 12 yaşı tamam olanda Mexikoda tanış olduğu 22 yaşlı gənc ona qarşı xoş münasibət göstərərək bahalı hədiyyələr alıb. Bir müddət sonra onlar Meksikada fahişələrin xaricə ixracı ilə tanınan Tlaskala ştatının Tenansinqo şəhərciyinə yerləşiblər.
22 yaşlı gənc üstündən 3 ay keçəndən sonra Yasintonu fahişəliyə məcbur edib. Qız 4 il ərzində hər gün səhər saat 10-dan gecə yarısına qədər, gündə 30 kişini qəbul etmək məcburiyyətində qalıb. Cütlük şəhərdən şəhərə gediblər, situasiya isə dəyişməyib.
Karlanın 13 yaşı olanda digər fahişələrin də işlədiyi otellərdən birinə yerləşib. Burada yaşları hələ 10-a çatmayan qızlar olduğundan polisin diqqətini çəkib.
Yasinto 15 yaşında sutenyorundan qız uşağı dünyaya gətirib. Meksikalı qızının 1 yaşı olana qədər onu görməkdən məhrum edilib. 2008-ci ildə polisin Mexikoda keçirdiyi əməliyyat zamanı Yasintonu seks köləliyindən azad ediblər.
23 yaşlı meksikalı indi konfranslarda və kütləvi tədbirlərdə öz taleyindən söhbət açaraq insan alverinə qarşı mübarizə aparır.
Modern.az