Modern.az

Azərbaycan Minsk qrupu ilə işləyərkən erməniyönümlü institutla üzbəüz qalır

 Azərbaycan Minsk qrupu ilə işləyərkən erməniyönümlü institutla üzbəüz qalır

Təhsil

13 Noyabr 2015, 21:54

Azərbaycan ATƏT-in Minsk qrupu ilə işləyərkən demək olar ki, erməniyönümlü institutla üzbəüz qalır. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.

O, Minsk qrupunun işini olduqca mənfi qiymətləndirir: "Minsk qrupuna Azərbaycan və Ermənistana qarşı neytral mövqedə olan ölkələr daxil olmalıdırlar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən beynəlxalq hüquq normaları baxımından nəzərdən keçirməlidirlər". A.Qriqoriu güman edir ki, Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz rejimin Ermənistanın xeyrinə möhkəmlənməsinə imkan yaratmaq üçün sadəcə vaxtı uzadır".  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi