Modern.az

Azərbaycan bizim üçün maraqlı və vacib ölkədir - Böyük Britaniya parlamentinin üzvü

 Azərbaycan bizim üçün maraqlı və vacib ölkədir   -  Böyük Britaniya parlamentinin üzvü

Təhsil

13 Noyabr 2015, 22:48

 

“Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” çox maraqlı və mühüm əhəmiyyətə malik kitabdır. Modern.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentinin üzvü Roger Qodsif noyabrın 13-də “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının təqdimat mərasimində jurnalistlərə müsahibəsində deyib.

Kitabda Azərbaycan ilə bağlı mühüm məlumatların əks olunduğu diqqətə çatdıran R.Qodsif deyib: “Kitabın tərtibatı da olduqca cəlbedicidir. Bu, çox vaxtında reallaşdırılan vacib layihədir. Əminəm ki, bu kitab böyük maraq doğuracaq”. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan qonaq Bakının gözəl şəhər olduğunu bildirib. “Burada gördüklərim məni yenidən Bakıya səfər etməyə həvəsləndirir. Birləşmiş Krallıq ilə Azərbaycan arasında münasibətlər inkişaf edir. Azərbaycan Böyük Britaniya üçün maraqlı və vacib ölkədir”, - deyə Britaniya parlamentinin üzvü qeyd edib.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi