
Bu gün axşam saatlarında Bakı-Qazax-Gürcüstan magistral yolunda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı sərnişin daşıyan avtobusla, “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı “Opel”in sürücüsü hadisə yerində ölüb. Qəza zamanı ölən sürücü, Qazax rayon Şıxlı kənd sakini, 1972-ci il təvəllüdlü Fərman Musayevdir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.
Modern.az