Fransadakı teroror aktlarında terorçulara yardım göstərən vasitəçi Almaniyanın Bavariya bölgəsində saxlanılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çernoqoriya vətəndaşı olduğu bildirilən şübhəli şəxs Rozenhaym şəhərində şəxsi maşını ilə hərəkət edən zaman tutulub. Onun maşınından tapança, avtomat, mərmilər və bir neçə kiloqram partlayıcı qurğu tapılıb. Bomba yüklü maşınla o, Parisə doğru hərəkət edirmiş. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Vüqar İsmayılov