Modern.az

Parisdəki terrorun qurbanları Bakıda anıldı - FOTOLAR

Parisdəki terrorun qurbanları Bakıda anıldı - FOTOLAR

Təhsil

14 Noyabr 2015, 15:14

Fransanın paytaxtı Parisdə törədilmiş terror aktları nəticəsində xəsarət alanların sayı 250 nəfər çatıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Paris prokurorluğunun məlumatına əsasən, terror aktları nəticəsində ümumilikdə 128 nəfər həlak olub.

Parisdəki terrorun qurbanları dünyanın əksər böyük şəhərlərində olduğu kimi Bakıda da  anılır.

Modern.az saytının əməkdaşı xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında həlak olanların xatirsəninə ehtiram əlaməti olaraq, şamlar yandırılıb, gül-çiçək dəstələti qoyulub.

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez jurnalistlərə açıqlamasında bildirib ki, fransızların kədərini bölüşdüyü üçün Azərbaycan xalqına təşəkkürümü bildirir.

A.Buşez xatırladıb ki, ölkəsində 3 günlük matəm elan olunub. Noyabrın 16-da Bakıdakı Fransa səfirliyində xatirə dəftəri də açılacaq.



















Emil Rasim

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi