Ötən gecə Parisdə törədilən və 128 insanın ölümü ilə nəticələnən terror hadisəsindən sonra Avropa ölkələrindən miqrantlarla bağlı ilk qadağa Polşadan gəlib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın yeni seçilən höküməti dünənki terorrdan sonra miqrantların ölkəyə gəlişinə qadağa qoyub.
Polşa rəsmilərinin sözlərinə görə, terror Avropa Birliyi ölkələrində miqrantlara qarşı qadağalara səbəb olacaq. Hökumət bu gün rəsmi olaraq qəbul etdiyi qərarda miqrantların Polşaya gəlişini tamamilə qadağan edib.
Elmin NURİ