Modern.az

Fransanı qana qərq edənlər bilindi

Fransanı qana qərq edənlər bilindi

15 Noyabr 2015, 11:18

Terrorçu-kamikadzelərdən birinin adını Fransanın Şartr şəhərinin meri Jan-Pyer Jorj öz Facebook səhifəsində açıqlayıb, daha iki nəfərin kimliyini isə KİV öz mənbələrinə istindən açıqlayıb.

 

Jan-Pyer Jorjun məlumatına əsasən, terrorçulardan biri 29 yaşlı Fransa vətəndaşı Mostefa İsmayıl Omardır (Mostefai Ismael Omar).

Onun atası və qardaşı artıq polis tərəfindən saxlanılıb. “Şartrda o ən azı 2012-ci ildən yaşayırdı”, - Jorj yazıb.   Paris prokuraturasının məlumatına görə, Omar Paris yaxınlığındakı Kurkuron (Eson departamenti) yaşayış məntəqəsində doğulub. 2004-2010-cı illər ərzində o səkkiz dəfə məsuliyyətə cəlb edilb, lakin heç vaxt həbs olunmayıb. Ehtimal edilir ki, o Suriyada 2013-2014-cü illərdə olub. Terrorçu Fransa xüsusi xidmət orqanlarını nəzarəti altında idi.  

Digər terrorçu-kamikadzenin kimliyi onun cəsədinin yanından tapılan şəxsiyyət vəsiqəsi vasitəsi ilə müəyyən edilib.   

Abdulakbak.B (Abbdulakbak B.) 1990-cı ildə doğulub. Onun barəsində ətraflı məlumat verilmir.   Üçüncü terrorçunun adını Serbiyanın Blic qəzeti yayıb. Nəşrin məlumatına görə, Suriya vətəndaşı Əhməd Əlməhəmməd oktyabrın 3-də Yunanıstanın ərazisindən Serbiyaya keçib və Preşevo şəhərində müvəqqəti sığınacaq almaq üçün müvafiq qurumlara müraciət edib.  

Nəşr bildirir ki, terror aktlarının təşkilatçısı məhz Əhməd Əlməhəmməd olub. (oxu.az)  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi