“Bütün dünyanın səylərini birləşdirməklə terror təhlükəsinin öhdəsindən gəlmək və qaçqınlara kömək etmək olar”.
Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Antalyada BRİKS ölkələri liderlərinin qeyri-formal görüşündə Vladimir Putin bəyan edib.
Rusiya prezidenti Parisdə “İslam dövləti” (İŞİD) terror təşkilatının törətdiyi dəhşətli terror hadisəsindən söz açıb. Kreml başçıı bildirib ki, terror təhlükəsi ilə effektiv mübarizə aparılması üçün bütün səylər birləşdirilməlidir.“Əlbəttə ki, bu, BMT-nin nizamnaməsi ilə uyğun olmalıdır. Biz beynəlxalq normalara söykənərək, suveren hüquqlara və hər bir dövlətin qanuni maraqlarına hörmət edərək, bu mübarizəni aparmalıyıq”,-deyə o əlavə edib.
Qeyd edək ki, BRİCS-ə Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika daxildir. Bu ölkənin liderləri G20 sammitində iştirak etmək üçün Antalyaya gəliblər.
Aqşin Kərimov