Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, İkinci Dünya müharibəsi veteranı Fərhad Soltan oğlu Əhmədbəyli dünən gecə saatlarında vəfat edib.
Modern.az xəbər verir ki, 1923-cü ildə Bakıda anadan olan alim İkinci Dünya Müharibəsində 4 il vuruşduqdan sonra elmə gəlib. Azırbaycan geologiya elmində bir çox kəşflərin, 12 geoloji xəritə və atlasım müəllifidir.
Elmin NURİ