Modern.az

Deputatların siyahısı Konstitusiya Məhkəməsinə noyabrın 21-də göndəriləcək

Deputatların siyahısı Konstitusiya Məhkəməsinə noyabrın 21-də göndəriləcək

16 Noyabr 2015, 11:16


Yeni seçilən deputatların siyahısı Konstitusiya Məhkəməsinə göndərilmədən öncə Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin nəticələrinə dair yekun iclası keçiriləcək.

Bu barədə Modern.az saytına MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Onun sözlərinə görə, yeni seçilən deputatların siyahısı Konstitusiya Məhkəməsinə noyabr ayının 21-də təqdim ediləcək.  

Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.    

Vüsalə Qəzənfərqızı    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi