Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Belek şəhərinin “Reqnum” mehmanxanasında keçirilən təkbətək görüş 1 saatdan çox davam edib. Görüşdə Türkiyə xarici işlər naziri Firidun Sinirlioğlu, energetika naziri Əli Rza Alaboyun və Türkiyə Kəşfiyyat İdarəsinin (MİT) Hakan Fidan da iştirak edib.Görüş başlamazdan öncə, Ədroğan jurnalistlərin qarşısında Putindən Merkellə görüşün neücə keçdiyini soruşub. Putin isə cavabında “Very, very good” (Çox, çox yaxşı) cavabını verib.
Görüş sonunda tərəflər dekabrın 15-də Rusiyanın Kazan şəhərində Rusiya-Türkiyə Ali Şurasının görüşünün keçiriləcəyini və prezidentlərin şuranın iclasında iştirak edəcəyi anonsunu verib.
Vüqar İsmayılov