Modern.az

Rusiya lideri baş nazirə mesaj verdi: “Münasibətlərimiz yaxşı deyil”

Rusiya lideri baş nazirə mesaj verdi: “Münasibətlərimiz yaxşı deyil”

16 Noyabr 2015, 13:11


Antalyada “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüşüb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin iki ölkə arasında münasibətlətlərin yaxşı olmadığını etiraf edib və əməkdaşlığı dirçəltmək üçün yeni formata ehtiyac olduğunu deyib.

“İkitərəfli münasibətlərimiz yaxşı vəziyyətdə deyil. Amma hökumətlərarası komissiyanın hesabına müəyyən canlılıq əldə etmişik”.  

Putin keçmişdə baş vermiş epizodları unudaraq gələcəyə baxmalı olduqlarını deyib.

İkitərəfli görüş zamanı Ukrayna münaqişəsi və Suriyadakı mövcud situasiya müzakirə olunub.  

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi