Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevin rəhbərliyi altında “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının müzakirəsi olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müzakirədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnalogiyalar, Səhiyyə, Fövqəladə Hallar, Müdafiə, İqtisadiyyat və Sənaye, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Sərhəd Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Prezident yanında Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu və digər dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri iştirak ediblər.
İclas zamanı dövlət qurumlarının rəsmiləri tərəfindən aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:
Gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, alkoqolizm və digər neqativ halların profilaktikası, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və özünəməşğulluq imkanlarının artırılması, gənclər arasında ixtisas və peşə seçimi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin və mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyanın təmin edilməsi, gənclərin insan hüquqları, gender bərabərliyi, insan alveri, gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinə şəraitin yaradılması, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması, gənclərin asudə vaxtının səmərəli təşkili və s...
Aytən ZƏHRA