Modern.az

Qazaxıstan səfiri Abel Məhərrəmovla nələri müzakirə etdi? – FOTOLAR

Qazaxıstan səfiri Abel Məhərrəmovla nələri müzakirə etdi? – FOTOLAR

16 Noyabr 2015, 14:35

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevlə görüşüb. 

BDU-dan Modern.az-a verilən məlumata görə, səfirə universitet haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən bəhs edib edib.

Eyni zamanda, Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqdan, Bakı Dövlət Universitetində görkəmli qazax yazıçısı və filosofu  Abay Kunanbayev adına Mərkəzin fəaliyyətindən də danışıb.

Səfir Beybit İsabayev, öz nəvbəsində, xalqlarımız arasındakı qardaş və dostluq əlaqələrindən , təhsil və elm sahəsində əlaqələrin  uğurlu inkişafından danışıb. O, bu il Qazax xanlığının 550 illik yubileyi olduğunu və bu  münasibətlə elmi məqalələrdən ibarət kitab kolleksiyasının  nəşrinin nəzərdə tutulduğunu, Abay Kunanbayevin  isə 170 illik yubileyinin qeyd ediləcəyini söyləyib.

Sonda Bakı Dövlət Universitetində Qazax xanlığının 550, A.Kunanbayevin 170 illik yubileyi münasibətilə elmi konfransın  və  adıçəkilən  kitabın təqdimat mərasiminin  keçirilməsi  barədə razılıq əldə edilib.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi