Modern.az

"İnternetin tam sıradan çıxmasına yol verilməməliydi"

"İnternetin tam sıradan çıxmasına yol verilməməliydi"

Təhsil

16 Noyabr 2015, 19:21


“Bu cür fors-major halları üçün çıxış yolu nəzərdə tutulmalı idi. İnternetin bu cür-tamamilə sıradan çıxmasına yol verilməməliydi". 

Bunu “Azadlıq” radiosuna Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

Onda olan məlumata görə, "Delta Telecom" hazırda yanğının fəsadlarını aradan qaldırmağa çalışır. 

Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara giriş mümkün deyil. Eyni zamanda internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?