Modern.az

Aslan İsmayılov MTN-ə işləyənləri ifşa etməyə çağırdı: "Arxivlər açılsın!"

Aslan İsmayılov MTN-ə işləyənləri ifşa etməyə çağırdı: "Arxivlər açılsın!"

16 Noyabr 2015, 19:50

“Son hadisələr, bir neçə nazirin vəzifəsindən azad edilməsi və bir çoxlarının azad edilməsi barədə söhbətlər ölkədə dəyişikliklərin olmasının göstəricisidir. Dəyişikliklər isə cürbəcür olur”.

Modern.az saytı xəbər verir ki, bu sözləri səsləndirən tanınmış hüquqşünas Aslan İsmayılov
MTN arxivlərinin açılması təklifilə çıxış edib. Onun fikrincə, bu olmasa, ciddi heç bir dəyişiklik olmayacaq.

“Bu günlər də ölkə mətbuatında həbs olunan Milli Təhlükəsizlik Nairliyi (MTN) işçiləri ilə bağlı olan deputatların, partiya, mətbuat, QHT rəhbərlərinin, ictimai xadimlərin adları hallanır və bu məlumatlarda həqiqətlərin olması inandırıcıdır. Əgər yenə arxivlər açılmasa, yenə hakimiyyət həmin şəxslərdən bəhrələnməkdə davam etsə, yenə heç nə dəyişən deyil.
Bir də bəzilərinin əsaslandırmaq istədikləri kimi bu məsələdə heç bir problem yoxdur. Söhbət dövlətin xarici fəaliyyəti ilə bağlı olan əməkdaşlardan yox, daxildəki fəaliyyətinə cəlb olunmuş, dağıdıcılıqla, şantajla məşğul olanlardan gedir.
Əminəm ki, Azərbaycanda ictimaiyyət arxivlərin açılması məsələsində israrlı olsa (Ukraynada olduğu kimi) bu problem gələcəkdə öz həllini tapa bilər”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi