Parisdə törədilən silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində “xatirə kitabı” açılıb. Modern.az saytı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdə fəaliyyət göstərən dini qurumların rəhbərləri bu gün Fransanın Azərbaycandakı səfirliyinə gələrək Fransa xalqına başsağlığı verib və “xatirə kitabı”nı imzalayıblar.
Fransanın Azərbaycandakı səfiri Oreliya Breşez kədərlərini bölüşdüklərinə, yüksək səviyyədə dəstəyə görə minnətdarlıq edib, ölkəsinin bunu yüksək qiymətləndirdiyini deyib.
Modern.az