Modern.az

Azərbaycanda 9 dini icmaya şəhadətnamə verilib

Azərbaycanda 9 dini icmaya şəhadətnamə verilib

17 Noyabr 2015, 09:23


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr edilən “Tolerantlıq: milli kimliklə vəhdət” mövzusunda dəyirmi masa-konfrans keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, komitənin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı Azərbaycanda mövcud olan tolerantlıq ənənələrindən söhbət açaraq bu ənənələrin dərin köklərə malik olduğunu bildirib.

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tolerantlığın ölkəmiz üçün yeni anlayış olmadığını söyləyib. O, deyib ki, Azərbaycan xalqı əsrlərdən bəri bu xüsusiyyətini nümayiş etdirir. Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc, yanaşı yaşamasının nadir nümunəsidir.

Beynəlxalq Tolerantlıq Günü münasibətilə konfrans iştirakçılarını təbrik edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanda dövlətin multikulturalizm siyasəti nəticəsində illərdir bütün konfessiyaların nümayəndələrinin sülh və qardaşlıq şəraitində yaşadıqlarını bildirib. Tədbirin sonunda dövlət qeydiyyatından keçən 6 İslam, 3 qeyri-islam dini icmasına şəhadətnamələr təqdim olunub.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi