Modern.az

Akademik Əhliman Əmiraslanovun ad günüdür

Akademik Əhliman Əmiraslanovun ad günüdür

17 Noyabr 2015, 10:32

Bu gün akademik Əhliman Əmiraslanovun ad günüdür. Azərbaycanın tanınmış alimi, dünya şöhrətli akademik Əmiraslanov onkologiya sahəsində dünya səviyyəsində qəbul edlən ixtiralara imza atıb.

Dünyada tanınan və layiqli nüfuz qazanan alim 1986 – cı ildə elm və texnika sahəsi üzrə «Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi» haqqındakı silsilə elmi – texnoloji işlərinə görə SSRİ Dövlət Mükafatı laureatına, 1991-ci ildə isə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.

Akademik Əmiraslanov 470–dən çox elmi əsərin müəllifidir. Əsərlərindən 18–i monoqrafiya, 16–sı ixtira və səmərələşdirici təkliflər, 28–i dərslik və dərs vəsaiti, 20–si metodik tövsiyyədir. Akademik Əmiraslanov Ümumdünya Ortoped–Travmatoloq və Onkoloqlar Assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvü, Amerika Klinik Onkoloqlar Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

Ə.T. Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb bölməsinin akademik-katibi, Milli Məclisin deputatı, TÜRKPA-nın komissiya sədridir.

Akademiki doğum günü münasibətilə ürəkdən təbrik edirik.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi