Modern.az

ABŞ-ın 26 ştatı Suriya qaçqınlarından imtina etdi

ABŞ-ın 26 ştatı Suriya qaçqınlarından  imtina etdi

17 Noyabr 2015, 11:24

Parisdəki qanlı teror aktlarından sonra ABŞ-ın 50 ştatından 26-sının qubernatoru Suriya qaçqınlarını qəbul etməkdən imtina ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qubernatorlar bunu terrorçulardan birinin Fransaya suriyalı qaçqın kimi gəlməsinə görə ediblər.

Onların fikrincə, federal hökumət Amerikada yerləşdiriələcək qaçqınların terrorçu olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkəcək. Arizona ştatının qubernatoru Daq Dyusi və Ayova ştatının qubernatoru Terri Brensted isə qaçqın məsələsini Ağ Ev və Senatla müzakirə edəcəkələrini deyib.

Rəsmi Vaşinqton 2011-ci ildən başlayaraq cəmi 1500 suriyalı qaçqına sığınacaq verib. Lakin prezident Barak Obama ilin sonuna qədər ölkəsinin 30 min qaçıqna sığınacaq verəcəyini açıqlamışdı.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi