Modern.az

“İslam dinində müsəlman qisasçılığı yoxdur”

“İslam dinində müsəlman qisasçılığı yoxdur”

17 Noyabr 2015, 11:26

Fransada noyabrın 13-də baş verən terror olayından sonra dünyanın hər yerində sosial şəbəkələrdə münasibət bildirən insanlar bir növ hadisəni qınayan statuslar yazdılar. Bununla yanaşı, terror hadisəsinə, günahsız insanların ölümünə sevinənlər də az olmadı. Bəziləri statuslarında  “Fransızlara bu da azdır”, “Yaxşı oldu, Fransa bilmirdi ki müsəlmanları qıranda bir gün də belə olacaq” digər belə statuslar yazdılar. Görəsən, terrora məruz qalmış sadə, günahsız insan ölümünə sevinmək və bu cür yanaşmalar ortaya qoymaq nə dərəcədə düzgündür ?

Modern.az-a açıqlama verən  Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın fikrincə, bu cür yanaşam bütövlükdə anormallıqdır: “Günahsız insanların öldürülməsinin İslamla heç bir əlaqəsi yoxdur. Əyləncədə olan günahsız, bütün bu proseslərdən kənar adi bir insanın günahını kim daşıyacaq? Bu, bütövlükdə düşüncə mədəniyyəti problemidir”.

Deputatın fikrincə, terror baş verib və bunun müsəlman qisasçılığı zəminində törədildiyi iddia olunur: “Müsəlman qisasçılığının bu forması İslam dininin mahiyyətində yoxdur. Orada ölən hansısa insanın sənə qarşı konkret hansısa əməli yoxdursa, onları öldürdüyünə görə günah daşıyıcısan. Qisas aktı cinayət əməli sübut olunan subyektə qarşı ola bilir. Adam öldürmə müharibə şərtlərində sizinlə savaşanlarla savaşdığınız təqdirdə məqbul sayılır. Müharibə şərtlərində belə, hətta həm əsirin, həm də  yaralının haqqı var və nəzarət edə biləcəyin həddə qədər insanlıq borcunu yerinə yetirməlisən. Yaxın Şərqdə, dünyada müsəlmanların öldürülməsi qərarını verənlər o əyləncədə və ya gündəlik həyatda adi yaşamını sürdürən insanlar deyil. Qərar verənlərə əliniz çatmır, günahsız insanları öldürürsünüz, ardından da bunu Allah yolunda etdiyinizi söyləyirsiniz. Həmin Allah yolunda qətliamları İrandan, Əfqanıstanda, Pakistandan tutmuş bütün ərəb ölkələrinə qədər müsəlman sayılan kimliklər elə bir-birinə qarşı da törədirlər. Bu müsəlmanlıq sayılsaydı, bircə nümunəsini belə peyğəmbərin şərəfli həyatından tapıb ortaya qoyardınız. Bunun əvəzinə Əlcəzairdə, Suriyada, Fələstində müsəlmanlara qarşı törədilən qətliamların şəklini paylaşaraq “əcəb edib cavabını vermişik” söyləmək istəyən zehniyyətin də terrorçu rüşeymlərini İslam təəssübkeşliyi altında necə yaşatdıqlarını görməmək mümkün deyil.”

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi