Modern.az

Bu rayonlarda müəllimlər iki aydır maaş ala bilmirlər

Bu rayonlarda müəllimlər iki aydır maaş ala bilmirlər

17 Noyabr 2015, 12:58

Sentyabrın 15-dən etibarən respublikanın ümumtəhsil məktəblərində yeni tədris ili başlayıb. Artıq iki aydır ki, müəllimlər siniflərdə şagirdlərə dərs deyir. Lakin elə bu qədər zamandır ki, bəzi regionlarda işləyən müəllimlər əmək haqlarını ala bilmirlər. Noyabrın ilk on günlüyünə qədər bu problem respublikanın əksər rayon və kəndlərində müşahidə olunur və müəllimlər narazılıq edirdilər. Noyabrın ilk on günlüyündən sonra müəllimlərin iki aylıq ciləsi bitsə də, bəzi rayonlarda bu problem hələ də qalmaqdadır. Konkret olaraq Cəlilabad və Biləsuvar rayonlarının müəllimləri hələ də iki aylıq maaşlarını ala bilməyiblər.

Modern.az saytı məsələ ilə bağlı aidiyyatı qurumlardan münasibət öyrənməyə çalışsa da,  konkret cavab verən olmayıb.

Maliyyə Nazirliyindən məsələ ilə bağlı heç bir məlumat verilməyib. Bildirilib ki, bununla bağlı Təhsil Nazirliyindən münasibət öyrənilməlidir. Təhsil Nazirliyindən isə bu cür məsələlərlə bağlı hər zaman bildirilir ki, yerlərdəki Təhsil şöbələri onlar tərəfindən maliyyələşdirilmədiyi üçün bu haqda məlumat verə bilməyəcəklər. Onlar yalnız yerlərdəki Təhsil şöbələrinə bununla bağlı tövsiyə verə bilərlər.

Təhsil Nazirliyinə müəllimlərin əmək haqlarının iki aylıq gecikdirilməsi ilə bağlı göndərdiyimiz sorğuya  hələlik cavab verilməyib və bildirilib ki, məsələ araşdırılır və nəticə olan kimi cavab veriləcək.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi