Modern.az

Abid Tahirli haqda kitab çıxdı

Abid Tahirli haqda kitab çıxdı

17 Noyabr 2015, 12:45


Bu günlərdə  “Elm və Təhsil “ nəşriyyatı tərəfindən tanınmış tədqiqatçı, publisist, filologiya üzrə elmlər doktoru Abid Tahirlinin həyat və fəaliyyətindən bəhs edən biblioqrafik göstərici buraxılıb.

Əsər Bakı Dövlət Universitetinin Kitabşünaslıq  və Nəşriyyat işi kafedrasının 23 oktyabr 2015- ci il tarixli  iclasının qərarı ilə nəşr olunub. Biblioqrafik göstəriciyə  müəllifin 1979-2015-ci illərdə dərc olunmuş materiallar daxil edilib.

Kitabın əvvəlində verilmiş məqalələrdə Abid Tahirlinin yaradıcılıq yolunun aydın mənzərəsi öz əksini tapıb.

Burada Elçin, Anar, İsa Həbibbəyli kimi ustad sənətkarlardan tutmuş gənc müəlliflərin yazdığı məqalələrə qədər bütün materiallar ardıcıl şəkildə bütövlükdə və ya ixtisarla verilib, həmin yazıların dərc olunduğu mənbələr göstərilib. Biblioqrafik göstəricidə Abid Tahirlinin indiyədək çap olunmuş kitabları, məqalələri, eləcə də onun haqqında yazmış müəlliflərin əsərləri təsvir olunmuş, müəlliflərin ad göstəricisi verilib.

Əsərin elmi redaktoru BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, tərtibçi filologiya üzrə fəlsəfə doktoru, dosent  Rasim Süleymanovdur.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi