Modern.az

Bakıda polis deputata cərimə yazıb? – VİDEO

Bakıda polis deputata cərimə yazıb? – VİDEO

17 Noyabr 2015, 14:55


Deputat Rafael Hüseynov yol polisi tərəfindən cərimə olunması ilə bağlı yayılan informasiyaya aydınlıq gətirib.

Rafel Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, polis tərəfindən onun cərimə olunması yalan informasiyadır. “Mən polislə dostam və heç vaxt da qaydanı pzomuram ki, mənə cərimə etsinlər. Əksinə mən çox sevinərdim ki, deputat, nazir və ya hər hansı yüksək vəzifəli məmur olmasından asılı olmayaraq hər kəsə necə münasibət bəslənirsə, onlara da polis elə münasibət göstərsinlər və qaydanı pozurlarsa cərimələsinlər”.

Bu hadisənin ona aidiyyatı olmadığını deyən deputat qeyd edib ki, yanına Hacıqabuldan gələn iki şəxs dönmə əməliyyatını səhv etdiyi üçün polis tərəfindən cərimələnib.

“İki nəfər Hacıqabuldan adam yanıma gəlməli idi və biz görüşüb bir yerə gemtəli idik. Gecikdirdilər və zəng edib harada olduqlarını soruşdum. Məlum oldu ki, onlar ofisə yaxın yerdədirlər və dönmə əməliyyatını edən zaman səhvə yol veriblər və polis protokol yazır, ona görə gecikirlər.

Onların yanında ona görə dayanmışdım və polisdən də xahiş etdim ki, onlara yardımçı olsun. Bu informasiya yalandır. Mən cərimə olunmamışam”.

Qeyd edək ki, criminal.az saytı bu gün deputat Rəfael Hüseynovun cərimələnməsi ilə bağlı video məlumat yayıb.



Aytən Zəhra

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi