Nərimanov rayonunun Ə.Rəcəbli, A.Neymətulla, Y.V.Çəmənzəminli, F.Xoyski, F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dan Modern.az-a verilən məlumata görə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kollektorundan Ceyranbatan-Binəqədi magistral su kəmərinə birləşmənin verilməsi ilə əlaqədar noyabrın 18-i gün ərzində Nərimanov rayonunun Ə.Rəcəbli, A.Neymətulla, Y.V.Çəmənzəminli, F.Xoyski, F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az