Modern.az

“Təklif bizdən, dəstək sizdən” - FOTO

“Təklif bizdən, dəstək sizdən” - FOTO

17 Noyabr 2015, 17:00


Bu gün Azərbaycanda təhsil alan Əcnəbi Tələbə-Gənclərin II Ümumrespublika Forumu keçirilib.  ATU-dan Modern.az-a verilən məlumata görə, forumun əsas məqsədi ölkəmizdə təhsil alan gəncləri bir araya gətirmək,onlara özünü ifadə etmək imkanı verməkdən ibarətdir. “Təklif bizdən, dəstək sizdən” devizi altında keçirilən forumda müxtəlif ali məktəblərin, o cümlədən Azərbaycan Tibb Universitetinin tələbələri və rəhbər nümayəndələri iştirak ediblər. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova da forumun işini izləyərək, tələbələri dəstəkləyib.

ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev deyir ki, respublikanın ali təhsil müəsilələrin arasında sayca ən çox əcnəbi məhz Azərbaycan Tibb Universitetində təhsil alır: “Azərbaycanda təhsil alan 5000 əcnəbi tələbənin arasında sayca ən çoxu - 1000-ə yaxını ATU-nun müxtəlif kurs və fakültələrində təhsil alır.

Bu forumda isə universitetimizin 50 əcnəbi tələbəsi iştirak edib”. Dekanın sözlərinə görə, onlar forumda aktiv iştirak edərək Azərbaycan təhsil sisteminin müasir standartlara tam uyğun olduğunu deyiblər. Həmçinin, təhsil ocaqlarında əcnəbi tələbələrə xüsusi diqqət və qayğının olduğunu bildiriblər.

Əcnəbi tələbələr artıq Azərbaycanı özlərinə ikinci vətən hesab etdiklərini deyiblər. Tədbirdə daha sonra Azərbaycan mədəniyyətinə yüksək qiymət verən əcnəbi tələbələrin ifasında milli mahnı və rəqslər ifa olunub. Tibb Universitetinin Fələstindən olan tələbələrindən ibarət rəqs ansamblının çıxışı böyük maraqla qarşılanıb. Onlar forumun laureatları seçilərək diplomla təltif olunublar.


Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi