Modern.az

Gəncədə yaşayış binasında yanğın olub

 Gəncədə yaşayış binasında yanğın olub

19 Noyabr 2015, 00:41

 

Ötən gün axşam Gəncə şəhəri İsax Cəfərov kücəsi bina 4-ün 2-ci blokunda yanğın hadisəsi baş verib. Modern.az  saytı Region.TV-yə istinadən xəbər verir ki, zirzəmidən başlayan alov tüstüsü qısa zamanda bütün ərazini bürüyüb dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Binada yaşayan sakinlər təxliyə olunub.

Alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

İlkin ehtimala görə, yanğına səbəb zirzəmiyə atılmış zibil qalıqları olub.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi