Modern.az

“Qızların erkən yaşda ərə verilməsi də zorakılıqdır”

“Qızların erkən yaşda ərə verilməsi də zorakılıqdır”

Təhsil

19 Noyabr 2015, 16:01

Dünya mətbuatında azyaşlı uşaqların, qızların təcavüzə məruz qalması ilə bağlı xəbərləri tez-tez oxuyuruq. Cəmiyyətdə xoş qarşılanmayan bu cür hadisələrə həmin ölkələrin qanunvericiliyinə əsasən ən sərt cəzalar tətbiq edilir. Bu cür faktlar az da olsa Azərbaycanda da müşahidə edilir. Hər il yaxın qohumları, atası, qardaşı, yaxud yad insanlar tərəfindən zorlanan azyaşlı və yektinlik yaşına çatmayan uşaqlarla bağlı faktlar mətbuat səhifələrində də dərc olunur. Bu il də ölkəmizdə belə hadisələr yaşanıb, atanın 13 yaşlı qızı ilə yanaşı ev quşlarını zorlaması faktı və bunların içərəsində ən dəhşətli olay - 5 yaşlı qızın belə hadisənin qurbanı olması ağlasığılmaz idi.

Azyaşlı və yetkinlik yaşına çatmayan uşaqların cinsi zorakılığa məruz qalması ilə bağlı Modern.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, bu, bütün dünyanın problemidir: “Əgər desək ki, bu gün Azərbaycanda heç bir fakt yoxdur, yalan olar. Azərbaycanda da belə faktlar var. Qanunvericiliklə bu məsələlərin həlli tənzimlənir, amma bütün bunlara baxmayaraq, təəssüf ki, müəyyən faktlarla biz qarşılaşırıq. Bizim ən böyük problemimiz kütləvi informasiya vasitələrində faktın bütün incəliklərinə qədər qabardılaraq verilməsidir. Həm psixoloqlar, həm də mütəxəssislər qeyd edirlər ki, KİV-lərdə belə hadisələr nə qədər çox yayılırsa, o qədər adiləşir. Düzdür, belə hadisələr heç vaxt adi hal olmaz, amma o effekti də vermək doğru deyil”.

Komitə sədrinin müavini deyib ki, belə hadisələrin qurbanları əsasən 12-14 və 16 yaş arası uşaqlar olur:

“Konkret hansı yaşlarda belə halların baş verməsi ilə bağlı araşdırma aparmamışıq. Məlum məsələdir ki, əsasən 12-14 və 16 yaş arası olan uşaqlar cinsi zorakılığa məruz qalırlar. Cinsi zorakılıqdan danışırıqsa, mütləq erkən nikah məsələsini də qeyd etməliyik. Valideynlərin uşaqları erkən yaşlarda nikaha sövq etməsi də onlara qarşı zorakılığın bir növüdür. İstəməzdim ki, ölkəmizdə az olan belə faktları mətbuatda qabardaq. Bu məsələlər o qədər KİV-də işıqılandırılır ki, nəticədə insanlar bu cür faktların çox olduğunu düşünür. Amma bir fakt olsa belə, biz bununla mübarizə aparmalıyıq”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi