Modern.az

İraq neftini ucuz qiymətə satmağa başladı: neft sürətlə ucuzlaşdı

İraq neftini ucuz qiymətə satmağa başladı: neft sürətlə ucuzlaşdı

19 Noyabr 2015, 16:41


2015-ci il boyu İran neft hasilatını və ixracını rekord həddə qədər artırıb.

Modern.az xəbər verir ki, ABŞ-ın “New York Times” qəzeti İran rəhbərliyinin dempinq (nefti müəyyən edildiyi qiymətdən ucuz satmaq) yolu ilə gedərək dünya neft bazarında ucuzlaşmaya səbəb olduğundan yazıb. İraqın neft markası olan “Basra Heavy” Brent markalı neftdən 10,4 dollar ucuzdur və 1 barelə görə təxminən 33-34 dollara satılır. Lakin qəzetin əməkdaşları reallıqda iraqlıların nefti 30 dollardan ucuz satdıqlarını xəbər verir.

Avropanın ucuz İraq neftinə marağının artması isə OPEK ölkələrinin, xüsusən Səudiyyə Ərəbistanının maliyyə göstəricilərinə mənfi təsir göstərir.

“New York Times”ın məlumatına görə, 2015-ci ilin iyulunda sutkalıq 3,064 milyon barel neft hasil edən Bağdad hökuməti gələn il göstəricini 3,2 milyona çatdırmaq niyyətindədir.

Bu arada OPEK neftinin ötən günkü qiyməti son 10 ilin antirekordnunu təzələyərək 38,04 dollara düşüb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi