Modern.az

Doğum evlərinin baş həkimləri işdən qovuldu

Doğum evlərinin baş həkimləri işdən qovuldu

Təhsil

19 Noyabr 2015, 18:00

 

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcov səhiyyə sistemində, xüsusilə də doğum evlərində neqativ hallarla bağlı çıxışlarında dəfələrlə vurğulamış və bu kimi halların aradan qaldırılması istiqamətində səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevə iradlarını bildirmişdi.

Görünən odur ki, heç bir nəticə hasil olmayıb və artıq Sumqayıt şəhər 1 və 2 saylı doğum evlərinin baş həkimləri vəzifələri ilə vidalaşmalı olublar.

Sumqayıt şəhər 1 saylı Doğum evinin baş həkimi İsgəndərli Sevda Zaman qızı və 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı işdən çıxarılıblar. İşdən çıxarılan baş həkimlərin yerinə isə hələlik təyinat olmayıb. (Xeberle.com)

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?