Modern.az

5 ildə Azərbaycanda övladlığa götürülən uşaqların sayı AÇIQLANDI

5 ildə Azərbaycanda övladlığa götürülən uşaqların sayı AÇIQLANDI

Təhsil

20 Noyabr 2015, 12:54

Azərbaycanda 2010-cu ildə övladlığa götürülən uşaqların sayı 798, 2011-ci ildə 934, 2012-ci ildə 989, 2013-cü ildə 961, 2014-cü ildə isə 918 nəfər olub. Dövlət Statistika Komitəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, övladlığa verilənlərdən 1 yaşınadək uşaqların sayı 2010-cu ildə 204 (113 nəfəri qız), 2011-ci ildə 181( 93 nəfəri qız), 2012-ci ildə 226 (145 nəfəri qız), 2013-cü ildə 204 (102 nəfəri qız), 2014-cü ildə isə 205 (104 nəfəri qız) olub.

Məlumatda qeyd edilir ki, övladlığa verilən 1-5 yaş arası uşaqların sayı 2010-cu ildə 330 (165 nəfəri qız), 2011-ci ildə 454 (216 nəfəri qız), 2013-cü ildə 429 (198 nəfəri  qız), 2014-cü ildə 360-dır (163 nəfəri qız).

2010-cu ildə 148 (70 nəfəri qız), 2011-ci ildə 162 (54 nəfəri qız), 2012-ci ildə 195 (90 nəfəri qız), 2013-cü ildə 183 (81 nəfəri qız), 2014-cü ildə 203 (72 nəfəri qız) nəfər 6-10 yaş arası uşaqlar övladlığa verilib.

11-17 yaşlılardan 2010-cu ildə 116 uşaq (56 nəfər qız), 137 uşaq (49 nəfəri qız), 130 uşaq (45 nəfəri qız),  145 uşaq (51 nəfəri qız), 2014-cü ildə 150 uşaq (69 nəfəri qız) ailələrə verilib.

Komitədən bildirilib ki, övladlığa götürülməsi barədə qərarlar ləğv edilən uşaqların sayı 2010-cu ildə 59, 2011-ci ildə 61, 2012-ci ildə 53, 2013-cü ildə 60, 2014-cü ildə 69 nəfər olub.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi