Modern.az

Rusiya Xəzərdən İŞİD mövqelərinə daha 18 raket zərbəsi endirdi - VİDEO

Rusiya Xəzərdən İŞİD mövqelərinə daha 18 raket zərbəsi endirdi - VİDEO

20 Noyabr 2015, 19:26


Rusiyanın Hərbi-Dəniz Qüvvələri özünün Xəzər donanmasındakı gəmilərindən Suriyadakı "İslam dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərini raket atəşinə tutub. Modern.az saytı "Vesti.ru"ya istinadən xəbər verir ki, bu dəfə İŞİD mövqelərinə 18 raket zərbəsi endirilib.

Zərbələr İŞİD-in Rakka, İdlib, Aleppo bölgələrindəki mövqelərinə atılıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu barədə prezident Vladimir Putinə məruzə edərkən deyib ki, terrorçulara məxsus 7 hədəf məhv edilib.

Xatırladaq ki, Rusiya Hərbi-Dəniz Qüvvələri İŞİD terrorçularının mövqelərini 30 sentyabr tarixindən başlayaraq hədəfə alıb. 7 oktyabr tarixində Rusiyanın Xəzər donanmasındakı gəmilərindən İŞİD mövqelərinə 26 raket zərbəsi endirilmişdi.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi