Belçikanın paytaxtı Brüsseldə mümkün terror təhdidi səbəbindən təhlükəsizlik həyəcan siqnalı verilib.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, Belçikanın hökumət rəsmiləri terror təhlükəsinə qarşı xalqa xəbərdarlıq edib. Xüsusən də bu gün üçün paytaxtda ciddi sıxlığa mane olmaq və mümkün hücumların qarşısını almaq üçün Brüsseldə təhlükəsizlik qüvvələri çoxaldılıb.Terror təhdidinin paytaxtda 4, digər bölgələrdə isə 3 yerdə olma ehtimalını qeyd edən rəsmilər başqa məlumat verməkdən çəkiniblər.
Ağa Akifoğlu