“Unibank”da ciddi kadr və struktur dəyişikliyi baş verib.
Bankın İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov vəzifəsindən kənarlaşdırılıb.
Bundan başqa, Məcid Məmmədov Korporativ bank xidmətləri departamentinin rəhbəri vəzifəsində İqor Okayevi əvəz edib. Məsələylə bağlı bankdan münasibət almaq mümkün olmayıb.(Apa)