Bu gün Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 15-20 kilometirliyində iməclik təşkil edilib.
Modern.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hansı ağac növlərinin əkilməsi ilə ətraflı məlumat verib:“Ağacəkmə aksiyasında 5000 ədəd Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşılıqlara aqrotexniki qulluq göstərilib. Biz hər bir vətəndaşı yaşılıqların qorunmasında diqqətli olmağa, onların yarasız vəziyyətə düşməsinə şərait yaradan hallara biganə qalmamağa çağırırıq.”
Emil Rasim