Səudiyyə Ərəbistanında Fələstin əsilli 35 yaşlı artist və şair Əşrəf Fayyad İslam dinindən imtina etdiyi üçün barsində ölüm hökmü çıxarılıb. Modern.az “Reuters”ə istinadən bildirir ki, o 2013-cü ildə Abxa şəhərində dini polis tərəfindən saxlanılıb, sonradan, 2014-cü ilin əvvəlində yenidən həbs edilib.
Human Rights Watch hüquq-müdafiə təşkilatının araşdırmaçısı Adam Kuqlun verdiyi xəbərə Fayyad 4 il azadlıqdan məhrum edilməklə 800 qamçı cəzasına da məhkum edilib, ancaq apelyasiyadan sonra digər məhkəmə barəsində ölüm hökmü çıxarıb. Şair şeirlərində ateist ideyaları təbliğ etməkdə günahlandırılıb. Fayyad isə ittihamlarla razılaşmayaraq özünü inanclı müsəlman hesab edir.Modern.az