Bakıda səfərdə olan Rusiyanın təhsil və elm naziri Dmitri Livanov Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birlikdə Dövlət İqtisad Universitetində SABAH qruplarının tələbələri ilə görüşüb. Qonağa SABAH layihəsi haqqında məlumat verilib. Layihəni müsbət dəyərləndirən Rusiyanın təhsil və elm naziri bu sahədə təcrübə mübadiləsi aparmağı təklif edib.
Modern.az saytının məlumatına görə, nazirlər sonra Xalça Muzeyində olublar. Rusiyalı nazirə bildirilib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.