Parisdəki silsilə terror hücumlarının ardından Avropa İttifaqı Şengen bölgəsinə giriş-çıxışlarda nəzarətləri artırmaq qərarına gəlib. Artıq bundan sonra Avropa İttifaqı vətəndaşları da pasport və şəxsi məlumat nəzarətinə daxil olacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə Parisdəki terror hücumlarının ardından Fransanın çağırışı ilə toplaşan Avropa Birliyinin (Aİ) daxili işlər nazirləri sərbəst hərəkət zonası Şengenə giriş-çıxışlarda aparılan yoxlamaların çoxaldılmasını qərara alıblar.
Avropalı rəsmilər sərnişinlərin yalnız pasportlarının nəzərdən keçirilməyəcəyini, cinayətkarlar üçün hazırlanan və şəxsi məlumatları saxlanılan bazaya nəzarət ediləcəyini də bildiriblər. İclasda silah qaçaqmalçılığına qarşı mübarizə məsələlərində də razılığa gəlinib.
Şengen sərbəst keçid bölgəsindəki ölkələrin 22-si Avropa İttifaqının üzvüdür. Bu ittifaqın üzvü olmayan Norveç, İsveçrə, İslandiya və Lixtenşteyndə də Şengen qüvvədədir.
Ağa Akifoğlu