Modern.az

“Obamaya işləyirəm” deyən tanışını öldürdü

“Obamaya işləyirəm” deyən tanışını öldürdü

Təhsil

21 Noyabr 2015, 15:35


Kaluqa vilayətinin sakini tanışını “Obamaya işləyirəm” dediyinə görə qətlə yetirib. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Lyudinovo şəhərində yaşayan 76 yaşlı pensiyaçıya cinayət işi qaldırılıb.

Həbs edilən kişi cinayəti törətdiyini boynuna alıb. Məlum olub ki, noyabrın 17-də pensiyaçı öz mənzilində 47 yaşlı tanışı ilə spirtli içki qəbul edib. Bu zaman onların arasında mübahisə yaranıb, qonaq mübahisəni qurtarmağı arzulayıb getmək istəyərkən ev sahibi ona bıçaqla bir neçə zərbə vurub. Nəticədə qocanın qonağı yerindəcə ölüb.

Araşdırma zamanı o da məlum olub ki, pensiyaçının tanışı mənzildən çıxarkən Amerika hökumətinə casus kimi işlədiyini deyib. Bundan sonra yaşlı kişi bıçağa əl atıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi