Modern.az

Qadın və pişik qazdan zəhərlənib öldü

Qadın və pişik qazdan zəhərlənib öldü

Təhsil

21 Noyabr 2015, 15:43


Sankt-Peterburqda gənc qadın və onun pişiyi dəm qazından zəhərləniblər. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, 29 yaşlı peterburqlu qadının meyiti noyabrın 20-də axşam saat 21 radələrində Qrajdanski prospektindəki mənzilində aşkarlanıb.

Qadın vanna qəbul edəndə mənzildə enerji toplamaq üçün qoşulan mobil telefon alışıb. Nəticədə o, dəm qazından boğulub. Mənzildəki pişiyin də qazdan boğularaq öldüyü bildirilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi