Modern.az

Sinan Oğan MHP başqanlığına namizəd oldu

Sinan Oğan MHP başqanlığına namizəd oldu

Təhsil

21 Noyabr 2015, 17:04


Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalıya qarşı ilk müxalifət bayrağını İqdırdan keçmiş  millət vəkili Sinan Oğan açdı və partiya başqanlığına namizəd olduğunu açıqladı. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ankara Böyük Anadolu otelində bu gün yerli vaxtla saat 13.30-da mətbuatın qarşısına çıxacaq olan Oğan gözlənilənin əksinə namizədliyini elan edib.

MHP-nin gələcəyinə milliyyətçi-hərəkatçıların qərar verməsinin lazım olduğu vurğulayan Oğan Bağçalının, “məni idealist iradə gətirdi, idealist iradə aparar” ifadəsinə istinad edərək deyib: “Bəlkə idealist iradə yenə Dövlət Bağçalı ilə davam edəcəyəm” deyəcək. Bu iradəni əks etdirəcək zəminin yaradılması və konqresin toplanması lazımdır”.

MHP-nin gələcəyi üçün həyəcan zənglərinin çalındığına diqqət çəkən Oğan MHP-nin getdikcə iqtidara namizəd partiya olmaqdan uzaqlaşdığını dilə gətirib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi