İsrail ordusu Qərbi İordan çayının Əl-Xəlil şəhərindəki Fələstinə məxsus yerli radioya basqın edərək yayımı dayandırıb.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, İsrail hərbiçilərinin Fələstinə məxsus radio kanalını bağlamasına əsas səbəb “üsyanın davam etdirilməsini təşviqedici yayımlar” həyata keçirtməkdə ittiham etməsi olub. Radionun yayımının 6 ay müddətinə dayandırıldığı bildirilir.İsrail ordusu iki həftə əvvəl də Əl-Xəlil şəhərində fələstinlilərə aid lokal bir radionu zorakılıq təbliğatı apardığı səbəbindən bağlayıb.
Ağa Akifoğlu