Modern.az

Konstitusiya Məhkəməsi 24 noyabrda seçkilərin nəticələrinə baxacaq

Konstitusiya Məhkəməsi 24 noyabrda seçkilərin nəticələrinə baxacaq

Təhsil

21 Noyabr 2015, 20:17


2015-ci il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası 2015-ci il noyabrın 24-də saat 09:30-da Konstitusiya Məhkəməsinin binasında keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, MSK yalnız bir dairədə - 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticəsini ləğv etmişdi. Həmin dairədə "Azəriqazbank"ın sahibi, bitərəf Çingiz Əsədullayev qalib elən edilmişdi.

Əgər Konstitusiya Məhkəməsi əlavə dairələrdə də seçkinin nəticələrini ləğv etsə, onda təkrar seçki keçirilən dairənin sayı 1 yox, bir neçə ola bilər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi