Azərbaycan Premyer Liqasında 13-cü turu çərçivəsində “Qarabağ” “Kəpəz”i qəbul edib. Modern.az xəbər verir ki, oyunda Ağdam klubu 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Kəpəz” 6 oyundan sonra meydanı məğlub tərk edib.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşmada qollar aşağıdakı ardıcıllıqla vurulub. Birinci hissədə darmadağının bünövrəsini 36-cı dəqiqədə Marinaldo Çiçero qoyub - 1:0. Fasilədən sonra Qurban Qurbanovun yetirmələri daha iki top vurublar. 84-cü dəqiqədə Dani, 86-cı dəqiqədə isə Almeyda hesabda fərqi artırıblar - 3:0. Beləliklə, “Qarabağ” çempionatda ardıcıl dördüncü qələbəsini qazanmaqla xallarının sayını 32-ə çatdırıb.
Modern.az