Modern.az

Tağı Əhmədov Qasımova bacılarının konsertində - FOTO

    Tağı Əhmədov Qasımova bacılarının konsertində    - FOTO

22 Noyabr 2015, 00:09


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, Dövlət mükafatları laureatları Fidan və Xuraman Qasımova bacıları “Sizinlə bu axşam Fidan və Xuraman” adlı geniş konsert proqramı ilə çıxış ediblər. Modern.az saytı xəbər verir ki, konserti dirijor, Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb. Qeyd olunub ki, onlar müxtəlif ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə Azərbaycanın adını hər zaman öz sənətləri ilə ucalara qaldırıblar. Milli vokal ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşadan Fidan və Xuraman bacıları dünya miqyasında tanınan və qəbul olunan sənətkarlardandır.

 Qafqazinfo.az saytının məlumatına görə, konsertdə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov da fotokameralara tuş gəlib. Keşmiş rəis gecəyə həyat yoldaşı Salatın Əhmədova ilə birlikdə qatılıb.

 

 


 Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi