Modern.az

Azərbaycanda benzin istehsalı cüzi azalıb

  Azərbaycanda benzin istehsalı cüzi azalıb

Təhsil

22 Noyabr 2015, 21:17


 

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1,02 milyon ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 0,3 faiz azdır. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 10 ayının yekunları üzrə hesabatında məlumat verilib.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda təqribən 4,58 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 4,6 milyon tondan çox olub.

Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:  

Neft məhsullarının istehsalı

2015-ci ilin yanvar-oktyabr ayları (min tonla)

2014-cü ilin yanvar-oktyabrına nisbətdə (faizlə)

Avtomobil benzini

1020,5

99,7

Nafta

162,5

95

Kerosin

573,5

97,6

Dizel yanacağı

2362,8

99,1

Mazut

302,9

161,3

Sürtkü yağı

19,5

42,8

Neft bitumu

142

67,7

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi